İki mərtəbəli rahat və panoramik avtobuslarla şəhərin ritmini hiss et! Hop-on Hop-off turlarımız sayəsində Bakı şəhərinin ən məşhur tarixi, mədəni və müasir məkanlarını sərbəst şəkildə ziyarət edə bilərsən. İstədiyin dayanacaqda düş, gəziş, kəşf et və növbəti avtobusla səyahətinə davam et. Sürətli, rahat və zövqlü şəhər gəzintisi üçün ən ideal seçim. Sadəcə əyləş və mənzərədən həzz al!