Azərbaycanın şimal-şərqində yerləşən Qusar, təbiətin saf gözəlliklərini axtaranlar üçün əsl cənnətdir. Şahdağ Qış-Yay Turizm Kompleksi ilə məşhur olan bu bölgə, ilin istənilən fəslində qeyri-adi təcrübələr yaşamaq istəyənlər üçün əvəzolunmazdır.
Qusar qış aylarında xizək sürmək, snoubord, kar təbii parkurlar və qar qolfu kimi fəaliyyətlər təqdim edən bu kompleks, yay mövsümündə isə zip-line, dağ velosipedi, at sürmə, kanat yolu və trekking kimi açıq hava macəraları ilə fərqlənir.
Qusar turumuza dağların qoynunda yerləşən, şəlalələri, dağ cığırları və qonaqpərvərliyi ilə məşhur bu kənd təbiət yürüşləri və çadır turları üçün ideal olan Laza kəndi də daxildir.
Çayı boyunca yürüşlər, yerli kənd həyatını kəşf etmək, etnoqrafik səfərlər, və Qafqaz dağlarının qoynunda pikniklər Qusarı hər bir qonağa sevdirir.
✅ Komfortlu nəqliyyat və transferlər
✅ 4/5 ulduzlu oteldə və ya dağ evlərində yerləşmə
✅ Peşəkar tur bələdçisi
✅ Fərdi olaraq planlaşdırılmış tur proqramı
✅ Səhər yeməyi
✅ Sığorta
❌Şəxsi xərclər
❌Xüsusi fəaliyyətlər üçün giriş biletləri (xizək, zip-line və s.)
❌Nahar və şam yeməkləri
Bu xəritə ilə Qusarın ən maraqlı və gözəçarpan yerlərini asanlıqla kəşf edin.
Meşəlik təpələr və səssiz kəndlər arasında, Azərbaycanın kənd həyatını hiss etdirəcəyiniz füsunkar bölgə.