Dağlarla əhatələnmiş, meşələrin, şəlalələrin və təmiz havanın bir araya gəldiyi Qəbələ sizi sakitliyin və füsunkar mənzərələrin içində unikal istirahətə dəvət edir.
Qəbələ həm təbiətsevərlər, həm də əyləncə axtaranlar üçün ideal məkandır.
Tur zamanı siz Tufandağda dağ havası ilə nəfəs alacaq, Nohur gölünün sahilində dincələcək, həmçinin adrenalin dolu macəralar üçün zip-line, kanat yolu və əyləncə parklarından yararlana biləcəksiniz. Tarixi yerləri ziyarət edərək Qəbələnin zəngin keçmişi ilə də tanış olacaqsınız.
Qəbələ istirahət, təbiət, əyləncə və tarixi bir araya gətirən nadir ünvanlardan biridir. Tur boyunca siz həm sakitlik tapacaq, həm də yeni təəssüratlar əldə edəcəksiniz.
✅ Komfortlu nəqliyyat və transferlər
✅ 4/5 ulduzlu oteldə yerləşmə
✅ Peşəkar tur bələdçisi
✅ Fərdi olaraq planlaşdırılmış tur proqramı
✅ Səhər yeməyi
✅ Sığorta
❌Şəxsi xərclər
❌Nahar və şam yeməkləri
❌Əyləncə parklarına giriş biletləri
Bu xəritə ilə Qəbələnin ən maraqlı və gözəçarpan yerlərini asanlıqla kəşf edin.
Meşəlik təpələr və səssiz kəndlər arasında, Azərbaycanın kənd həyatını hiss etdirəcəyiniz füsunkar bölgə.