Azərbaycan zəngin tarixi, təbii gözəllikləri və qonaqpərvər insanları ilə sizi valeh edən ölkədir. Bu gözəl diyarda hər bölgə özünəməxsus rəngini, dadını və ruhunu daşıyır.
Azərbaycanın kəşf etməli çoxlu yerləri var. Onlar arasından ən möhtəşəm 10 görməli yer bunlardır:
Bakının tarixi mərkəzi olan İçərişəhər UNESCO Dünya İrsi Siyahısına daxildir. Dar küçələri, qədim daş evləri və Şirvanşahlar Sarayı kimi abidələri ilə hər addımda səni tarixə aparır.
Qəbələ, Azərbaycanın ən sevilən istirahət bölgələrindən biridir. Təmiz havası, sıx meşələri, dağları və Nohur gölü ilə təbiət sevənlər üçün əsl cənnətdir.
Şəki həm gözəlliyi, həm də zəngin tarixi ilə məşhurdur. Şəki Xan Sarayı, Karvansaray kompleksi və dadlı Şəki şirniyyatları bu şəhərə əlavə gözəllik qatır.
Dünyanın ən qədim və ən hündürdə yerləşən yaşayış məntəqələrindən biri olan Xınalıq kəndi, sanki buludların üzərində salınmış dünya kimidir.
Təbiəti ilə valeh edən Quba, xüsusilə Tufandağ və Afurca şəlaləsi ilə məşhurdur. Quba alma bağları və ləziz mətbəxi də buranı xüsusi edir.
İstirahət və sağlamlıq turizmi deyəndə Naftalan ağla gəlir. Dünyada nadir rast gəlinən müalicəvi Naftalan nefti ilə bura həm sağalmaq, həm də rahatlamaq istəyənlərin ünvanıdır.
Xəzərin sahilində yerləşən Lənkəran, subtropik iqlimi, çay plantasiyaları və termal sularıyla fərqlənir. Burada həm dincələ, həm də fərqli bir təbiət möcüzəsini yaşayacaqsan.
Tarix və poeziya şəhəri olan Şamaxı, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Şamaxı Astrofizika Rəsədxanası və Cümə Məscidi xüsusilə ziyarətə dəyər.
Ölkənin ikinci ən böyük şəhəri olan Gəncə, tarixi abidələri, Göygöl Milli Parkı və Nizami Gəncəvinin məqbərəsi ilə səyahətçiləri özünə cəlb edir.
İstər qışda, istərsə də yayda aktiv istirahət üçün ideal yer olan Şahdağ, dağ xizək sürməkdən təbiət gəzintilərinə qədər müxtəlif fəaliyyətlər təqdim edir.
Tarix, təbiət, mədəniyyət və səmimiyyət dolu bu torpaqlar sizə unudulmaz xatirələr bəxş edəcək.
Siz də Azərbaycanın ən möhtəşəm yerlərini komfortlu, VIP xidmətlə və peşəkar bələdçilərlə kəşf etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın!
Səyahətiniz üçün ən yaxşı planı birlikdə quraq!