Səyahət Çantasında Nələr Olmalıdır?

May 17 2025

Səyahətə çıxmaq maraqlı və əyləncəlidir. Ancaq çantanı düzgün hazırlamadan yola düşmək bu əyləncəni yaşamağa mane ola bilər. Ona görə səyahət edərkən çantanı diqqətlə hazırlamaq önəmlidir. Bəs rahat və problemsiz bir səfər üçün səyahət çantasında nələr olmalıdır? Gəlin bu suala cavab tapaq.

Ən vacib sənədləri unutmayın: Səyahət zamanı sənədlər hər şeydən önəmlidir. Çantanızda aşağıdakıların olduğuna əmin olun:

  • Pasport və şəxsiyyət vəsiqəsi
  • Aviabilet və otel rezervasiya sənədləri (çap və ya elektron)
  • Viza sənədləri (əgər tələb olunursa)
  • Səyahət sığortası sənədi
  • Ehtiyat olaraq sənədlərin fotokopiyası və ya elektron surəti

Kiçik sənəd çantası istifadə edərək bütün sənədləri toplu şəkildə saxlamaq işinizi asanlaşdıracaq.

Pul və bank kartları: Səyahət zamanı müxtəlif ödəniş vasitələri əlinizin altında olmalıdır:

  • Kredit və debit kartlar
  • Nəğd pul (həm yerli, həm də getdiyiniz ölkənin valyutası)
  • Pulunuzu təhlükəsiz saxlamaq üçün pul kisəsi

Pulunuzu və kartlarınızı müxtəlif yerlərdə saxlamaq, itirmə və ya oğurluq riskinə qarşı əlavə tədbirdir.

Texnoloji əşyalar: Müasir dövrdə texnologiyasız səyahət təsəvvür edilə bilməz:

  • Mobil telefon və şarj cihazı
  • Powerbank 
  • Qulaqcıq və USB kabellər
  • Elektrik adapterləri (xüsusən xarici ölkələr üçün)
  • Fotoaparat və ya aksiyon kamerası (xatirələri ölümsüzləşdirmək üçün)

Səyahətə çıxmadan əvvəl cihazlarınızı enerjisini tam doldurmağı unutmayın!

Rahat geyimlər və ayaqqabılar: Çantanızda rahatlıq və funksionallığı bir araya gətirin:

  • Səfərin hava şəraitinə uyğun geyimlər
  • Rahat idman ayaqqabısı və ya yürüş ayaqqabısı
  • Ehtiyat alt paltar və corablar
  • Yüngül sviter və ya gödəkcə (sərin axşamlar üçün)
  • Gün eynəyi və papaq

Unutmayın ki, az, amma uyğun paltar götürmək həm çantanı yüngülləşdirir, həm də səyahətinizi rahat edir.

Şəxsi baxım ləvazimatları: Özünüzü yaxşı hiss etmək üçün əsas gigiyena məhsullarını çantanızda saxlayın:

  • Diş fırçası, diş pastası, sabun
  • Dezodorant, şəxsi dərmanlar
  • Günəş qoruyucu krem
  • Əl salfetləri və antiseptik gel
  • Kiçik bir təraş və ya kosmetika çantası

Şəxsi baxım məhsullarını “travel-size” ölçüdə seçmək yer qazandırır və daşımanı asanlaşdırır.

Bunlardan əlafə səyahəti daha komfortlu etmək üçün su qabı, dəsman, kiçik dərman çantası da yanınızda götürməyiniz məsləhətdir.

Səyahətə hazırlıq zamanı çantanızı düzgün şəkildə yığmaq həm vaxtınıza, həm də enerjinizə qənaət edir. Bu siyahını əsas götürərək səyahət çantanızı təşkil etsəniz, heç bir şeyi unutmadan rahat və stressiz səfər keçirə bilərsiniz. 

Çantanızın rahatlığı sizdən, səyahətin rahatlığı bizdən! Planlı, rahat və luks səyahət üçün isə VİP Turizm ilə əlaqə saxlayın!

Səyahət Bloqları

Əlaqəli Məqalələr

Azərbaycanın Ən Möhtəşəm 10 Görməli Yeri

Bakının Ən Maraqlı 5 Məkanı

Niyə Azərbaycana Səyahət Etməlisiniz?