Azərbaycanın incisi, qədim tarixlə müasirliyin qovuşduğu möhtəşəm şəhər, Bakı!
Bu şəhər hər addımda sizi öz gözəlliyi, tarixi və unikal atmosferi ilə heyrətləndirəcək. Əgər Bakıya səyahət etməyi planlaşdırırsınızsa və haradan başlamalı olduğunuzu düşünürsünüzsə, doğru ünvandasınız. Sizin üçün Bakının ən maraqlı 5 məkanını seçdik və aşağıda təqdim edirik!
Bakının ürəyi olan İçərişəhər UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Maraqlı küçələri, qədim qala divarları, min illik tarixə şahidlik edən Şirvanşahlar Sarayı və Qız Qalası burada sizi gözləyir. İçərişəhərdə gəzərkən sanki əsrlər öncəyə səyahət edirsiniz.
Burada həmçinin yerli suvenirlər ala bilər, ənənəvi Azərbaycan mətbəxinin dadına baxa bilərsiniz. Bakıda turizm dedikdə ilk ağla gələn məkanlardan biridir.
Bakının simvolu sayılan Flame Towers (Alov Qüllələri) müasir memarlığın ən gözəl nümunələrindəndir. Axşam saatlarında bu möhtəşəm qüllələr işıq şousu ilə Bakının səmasını bəzəyir.
Bura həm fotolar üçün ideal bir məkandır, həm də şəhərin panoramik görüntüsünü izləmək üçün mükəmməl bir seçimdir. Bakı turları çərçivəsində buraya səfər etmədən şəhəri tam kəşf etdiyinizi söyləmək olmaz.
Bakı Bulvarı, yerli əhalinin və turistlərin ən sevimli istirahət məkanlarından biridir. Xəzər dənizinin sahilində uzanan bu möhtəşəm bulvarda yürüş edə, velosiped sürə, kafelərdə oturub dəniz mənzərəsinin dadını çıxara bilərsiniz.
Əyləncə parkları, “Bakı Eye” karuseli və müxtəlif mədəni tədbirlər buranı daha da maraqlı edir. Bakı turizm paketlərinə daxil edilən ən populyar yerlərdən biridir.
Dünyaca məşhur memar Zaha Hadidin əsəri olan Heydər Əliyev Mərkəzi, öz qeyri-adi dalğalı forması və ağ örtüyü ilə Bakının ən fərqli binalarından biridir.
Mərkəzdə müxtəlif sərgilər, konsertlər keçirilir, muzey və sərgi salonlarını ziyarət edə bilərsiniz. Foto həvəskarları üçün isə bu bina əvəzolunmaz bir fon yaradır.
Şəhər mərkəzindən təxminən 50 km uzaqlıqda yerləşən Qobustan Milli Tarixi-Bədii Qoruğu, minillər öncənin həyat tərzini əks etdirən qayaüstü rəsmləri ilə məşhurdur.
Bu nadir mədəniyyət abidələri UNESCO tərəfindən qoruma altına alınıb və Bakıya gələn turistlərin mütləq ziyarət etməli olduğu yerlər arasındadır.
Səyahət sevərlərin, tarix və mədəniyyətə maraqlı olanların Qobustana heyran qalacağına əminik.
Bakı, sizi öz sehrinə salacaq bir şəhərdir. İstər tarixi abidələri, istər müasir möcüzələri, istərsə də dəniz sahilinin sakitliyi ilə Bakı hər bir qonağında unudulmaz xatirələr yaradacaq.
Əgər siz də rahat, fərdi yanaşma ilə, VIP turizm və komfortlu transfer xidmətləri ilə Bakını kəşf etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın!